Demo istəyin

Bağınızda nə baş verdiyini Bakıdan da görün.

Shoomla meyvə bağları üçün idarəetmə sistemidir. Sahə işləri, dərman və gübrə anbarı, kassa və hər sortun maya dəyəri bir yerdədir. Kvartal və cərgə səviyyəsində görünür.

Hazırda qurulur. İlk pilot təsərrüfatlarla işləməyə hazırlaşırıq.

Alma bağı · 2-ci kvartal 24 cərgə · 4 m × 1 m
Golden Granny Smith Gala itki / boş yer
Sİ-0142nümunə
İş
Budama
Cərgələr
14–22
Briqada
9 nəfər
Görülən
1 780 / 2 100 ağac
Norma 85%-dir. Səbəb: günortadan sonra yağış.

Bağ sahibləri bizə bunları danışdı

Sahib çox vaxt bağda olmur. Gündəlik iş telefonla, dəftərlə, WhatsApp və Excel ilə izlənir. Nəticədə rəqəmlər ya gec gəlir, ya heç gəlmir.

Mən olmayanda 2 günlük iş 5 günə görülür.

Hər iş gündə bir qeyddirBriqada, cərgələr, görülən ağac sayı və norma. Norma tutmayanda səbəb yazılır və bu sizə görünür.

Dərmanın qalığını bilmək üçün əl ilə saymaq lazımdır. Vaxtım yoxdur.

Qalıq özü hesablanırFaktura ilə gələn partiya anbara düşür. Sərfiyyat görülən işə bağlanır, ilk gələn ilk çıxır. Qalığı hər an görürsünüz.

Xeyirdə olduğumuzu gözəyarı bilirik, maya dəyərini hesablaya bilmirik.

Maya dəyəri kiloqram başına, sort üzrəİşçi haqqı, material, yanacaq və ortaq xərclər mövsüm boyu yığılır və sortlar arasında bölünür.

Bağa gələn yanacağın hara getdiyini bilmirik.

Yanacaq texnikaya və işə yazılırHər doldurma hansı traktora, hansı işə getdiyi ilə qeyd olunur.

Sitatlar bağ sahibi ilə müsahibəmizdəndir.

Bağınız olduğu kimi qurulur

Sistemi bağın strukturuna uyğunlaşdırırıq. Hər xərc və hər iş dəqiq yerinə bağlanır.

  1. Bağ

    Ayrıca kassası və anbarı olan təsərrüfat. Bir şirkətin bir neçə bağı ola bilər.

    Quba bağı, Şamaxı bağı
  2. Kvartal

    Sahəsi kvadratmetrlə ölçülən hissə. Hər məhsulun kvartalları ayrıca nömrələnir.

    Şaftalı · 1-ci kvartal
  3. Seksiya

    Kvartalın içində bölmə. Suvarma və iş planı ilə uyğun gəlir.

    3-cü seksiya
  4. Cərgə

    Sort cərgə səviyyəsində yazılır. Sahə işləri cərgə aralığı ilə qeyd olunur.

    14–22-ci cərgə, Golden
  5. Ağac

    Ağac sayı və itkilər cərgə üzrə izlənir. Maya dəyəri buna görə dəqiq çıxır.

    2 500 ağac / ha

Sistem belə görünür

Prototipdən ekranlar. Rəqəmlər nümunə datadır.

İdarə paneli: 6 norma-altı iş, aylıq davamiyyət, kassadakı pul, alacaq və mənfəət
İdarə paneli. Norma tutmayan işlər, ayın davamiyyəti və kassadakı real pul bir baxışda görünür.
Anbar: anbarın dəyəri, sahədə işlək, anbarda və yararsız materiallar
Anbar. Hər material sahədə, anbarda və ya yararsız kimi görünür. Dəyəri partiyalar üzrə hesablanır.
Satış xülasəsi: satış gəliri, miqdar, orta qiymət, maya dəyəri və xalis marja
Satış. Gəlir, maya dəyəri və xalis marja eyni sətirdədir.

Bir sistemdə nələr var

Sahə işləri

Briqadir işi bir dəfə planlayır. Gün sonu görüləni yazır. İşçi haqqı görülən işə görə avtomatik bölünür.

  • Budama, alaq, çiləmə, yığım: cərgə aralığı ilə
  • Norma tutmayanda səbəb tələb olunur
  • Aylıq davamiyyət: kim ayın hansı günü işdə olub
  • Tamamlanmış iş sonradan sakitcə dəyişdirilə bilməz

Materiallar və anbar

Dərman, gübrə, ting və tara partiyalarla gəlir. Hər çıxış bir işə və ya kvartala bağlanır.

Kassa və maliyyə

Hər bağın öz kassası var. Kassada olmayan pul ödənə bilməz. Satış, nisyə və borclar tərəflər üzrə görünür.

Maya dəyəri

Sezon üzrə, sort üzrə, kiloqram başına. Cavan bağa çəkilən xərc sərmayə kimi ayrıca saxlanılır.

Texnika və yanacaq

Traktorların iş saatı və yanacaq sərfiyyatı işə görə yazılır.

Torpaq və icarə

Torpaqların sahibi, icarə müqavilələri və ödənişləri bir yerdə saxlanılır.

Hər kəs öz işini görür

Altı rol var. Hər rol yalnız öz işinə lazım olanı görür və dəyişir.

Sahib

Bütün bağları, pulu və mayanı görür.

Mühasib

Kassa, ödənişlər, tərəflər və reyestrlər.

Menecer

Bağın gündəlik idarəsi.

Aqronom

Çiləmə, gübrələmə, suvarma qeydləri.

Operator

Sahə işləri və anbar. Pul məbləğlərini görmür.

Baxış

Yalnız oxuya bilir. Məsələn, ortaq və ya müşavir üçün.

Rəqəmlərə etibar etmək olsun

Pul qəpiyinə qədər dəqiqdir

Məbləğlər tam qəpiklə, çəki qramla saxlanılır. Yuvarlaqlaşdırma səhvi yığılmır.

Hər dəyişiklik yazılır

Kim, nə vaxt, nəyi dəyişdi: audit jurnalında görünür. Silinən qeyd də iz buraxır.

Sizin data yalnız sizindir

Hər təsərrüfatın datası verilənlər bazası səviyyəsində ayrılır. Bir müştəri digərinin datasını görə bilməz.

Telefonda və kompüterdə işləyir

Brauzerdə açılır, quraşdırma tələb etmir. Azərbaycan və ingilis dilində.

Bağınızda sınayaq

Pilot üçün meyvə bağları axtarırıq. Bağınız haqqında yazın, sizə demo göstərək və sistemi bağınızın strukturuna uyğun quraq.

info@shoomla.az

Məktubda bunları yazsanız, demonu bağınıza uyğun hazırlayarıq:

  • bağın yeri və sahəsi (hektar)
  • hansı meyvələr və sortlar
  • işçi sayı, mövsümi işçilər daxil
  • indi uçotu nə ilə aparırsınız